Brilliant Dadaşova ARXİV VİDEOSUNU YAYDI
1-04-2023, 22:38

Xalq artisti Brilliant Dadaşova sosial media hesabında arxiv görüntülərini yayımlayıb. 

AZİNFORM.AZ xəbər verir ki, ifaçı haqqında plastik əməliyyat etdirməsi ilə bağlı səsləndirilən iddialara arxiv videosunu yayımlayaraq cavab verib.

"1987 ci il. Musiqi: Eldar Mansurov. Sözlər: Baba Vəziroğlu. 

Dostlar, gördüyünüz kimi... Burun, dodaq əməliyyatı, üz korreksiyası, filan-beşməkan edib deyənlər, bəzi dedi-qodu uyduranlar, görsünlər ki, heç nə dəyişdirməmişəm. Amma onu da deyim ki, artıq bu dövrdə makiyaj daha düzgün edilir. Bu çəkilişlərdə isə özüm qeyri-professional makiyaj edirdim. Buna makiyaj demək olarsa" deyə, sənətçi paylaşımına yazıb.



AZİNFORM.AZ



up