"Tək ehtiyac duyduğum sənsən" - Toppuş bacının əri - FOTO
13-03-2023, 23:48

"18 oktaybr 2022-ci il, saat 09:37-də pis xəbər almışdın. Metastaz boğaza qədər sıçramışdı. Dedin, Röyal, mən çox xoşbəxtəm ki, sən və Zəhram var. Bir xanım yaxınlaşıb şəkil çəkdirmək istədi. Dedin ki, bax sən ulduzla evlənmisən. Həmin gün məni çox güldürmüşdün. Amma indi gülməyi unutmuşam".

AZİNFORM.AZ xəbər verir ki, bu sözləri mərhum Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal sosial şəbəkə hesabında yazıb. O, mərhum sənətçinin yanında məzarının hazır olduğunu bildirib:

"Mənə deyirdin ki, sən çox güclüsən, indi isə psixoloq dostlarımız deyir ki, gəl sənə kömək edək. Axı sən yanıla bilməzdin, mən axı güclü idim, bəs mənə nə oldu? Bəli, güclü idim, amma bu güc səndən gəlirdi. İndi isə sadəcə güclü olmağa çalışıram. Zəhram eynən sənə bənzəyir, mən ona kömək etməkdənsə, o mənə daha çox kömək olur.

Səninlə vidalaşanda dedim, yəqin ki, məni sənin yanında dəfn etməyə qoymayacaqlar. Çünki burada adlı-sanlı insanları dəfn edirlər. Amma dedim, nə fərqi var, əsas yer deyil. Amma mənə elə gözəl bir söz dedilər ki, məgər 2-ci Fəxri Xiyabanda iki nəfərlik yer verirlərmiş və mənim yerim sənin yanında hazırdır. Yəqin, çox az insanlardan biri mənəm ki, ölməmişdən artıq qəbrim hazırdır. Bunları niyə yazıram bilmirəm, bəlkə də psixoloqa ehtiyacım var, amma ən çox sənə ehtiyacım var. Allahım şahiddir ki, tək ehtiyac duyduğum sənsən".






up