Nigar Camal: “Ürəyim istədiyini edirəm, necə xoşum gəlir elə də...” - VİDEO
12-03-2023, 22:38

Ürəyim istədiyini edirəm, necə xoşum gəlir elə də kliplər çəkdirirəm. Oturub düşünmürəm ki, kim nə deyəcək, filan... Eldarla da yeni mahnımız olacaq, amma mahnı tapmaq bir az çətindir.

AZİNFORM.AZ bildirir ki, bu sözləri müğənni Nigar Camal "MTV Maqazin"ə müzakirələrə səbəb olan kliplərindən danışarkən müsahibəsində deyib.

Cennifer Lopezə bənzərliyi ilə diqqət çəkən ulduz bildirib ki, onu adətən argetinalı və braziliyalı xanımlara oxşadırlar:

"Latın amerikan qadınlarına oxşayıram. Ona görə də hərdən İngiltərədə soruşurlar ki, braziliyalısan, yoxsa argentinalı. Həmişə özümə qulluq etmişəm, 20 yaşından da, 30 yaşında da, indi də. Üzümdə estetik yoxdu, düşünürəm ki, hələ ehtiyac yoxdu. Lazım olanda yəqin ki, edərəm".





up