Bakıda DƏHŞƏTLİ HADİSƏ! Gənc müğənni otelə apardığı xanım həmkarına görün nə etdi
9-09-2022, 21:51

Bakının Binəqədi rayonunda 1995-ci il təvəllüdlü Camal Axundov tanışı Nərminə (adlar şərtidir - red.) xəsarətlər yetirib.

AZİNFORM.AZ bizim.media-ya istinadən bildirir ki, hadisə martın 7-də gecə saat 03.00-da baş verib.

Camal istirahət etdikləri "Vulkan" adlı oteldə qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqdan sonra Nərmin yaşadığı evə getməsini tələb edib. Bu səbəbdən onların arasında mübahisə yaranıb.
Mübahisə zamanı Camal Nərmini döyüb.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Camal bildirib ki, Nərmini Dərnəgül yolunda yerləşən "Həkəri" kafesindən tanıyıb:

"Martın 6-da saat 20 radələrində həmin kafedə müğənni kimi oxuduğum zaman Nərmin ilə tanış oldum. O, həmin kafedə müğənni kimi oxuyub. Birlikdə bir neçə mahnı oxuduq. Sonra saat 21.00-da oxumaq üçün Nizami rayonu ərazisində yerləşən "X-Lady" kluba dəvət edildim. Bu barədə Nərminə bildirdim. Onun da kluba getməsini istədim. Nərmin də razılaşdı. Birlikdə "X-Lady" kluba getdik".

Təqsirləndirilən şəxsin sözlərinə görə, saat 21.30-da "X-Lady" kluba çatıblar və həmin klubda saat 00.00 kimi oxuyublar:


"Klub bağlandığı üçün oradan çıxmalı olduq. Klubda Elmir adlı şəxslə tanış olduq. Elmir içkili olduğum avtomobilimi idarəetməyi təklif etdi. Mən isə başqa yerdə yeyib-içməyi təklif etdim.


Həmin vaxtı Elmirin yanında Validə adlı qız tanışı vardı. Yeyib-içmək barədə Nərminə təklif etdim. Nərmin də getməyə razı oldu. Hara gedəcəyimizi bilmədik".

Təqsirləndirilən şəxs deyib ki, sonra Elmirin "Land Rover" markalı avtomobilinə əyləşiblər və "Vulkan" adlı otelin qarşısına gəliblər:


"Elmir dedi ki, hər yer bağlıdır, burada yeyib-içək. Birlikdə otelə daxil olduq. Oteldə iki otaq götürdük. Amma dördümüz bir otaqda əyləşdik, birlikdə yeyib-içdik".


Camal deyib ki, içki məclisi bitəndən sonra istirahət etmək üçün Nərmin ilə birlikdə digər sifariş verdikləri otağa keçiblər:


"Birlikdə qaldıqda Nərminə ondan xoşum gəldiyini dedim, onunla cinsi əlaqədə olmaq istədiyimi bildirdim. Nərminin razılığı ilə onunla cinsi əlaqədə oldum. Cinsi əlaqədə olduqdan sonra Nərmin onu evlərinə aparmağımı təklif etdi.


Nərminə dedim ki, yuxum gəlir, həmçinin də avtomobil Elmirindir, o, da öz otağında yatır və bu gün oteldə qalaq, səhər birlikdə oteldən çıxarıq. Nərmin isə təkidlə evə getmək istədiyini bildirdi. Buna görə onunla aramızda mübahisə yarandı. Nərminin şillə ilə qol və baldır hissələrinə iki-üç dəfə vurdum".


Təqsirləndirilən şəxs qeyd edib ki, səhəri gün saat 09.00-da birlikdə oteldən çıxıblar:


"Nərmini yaşadığı Masazır qəsəbəsində yerləşən "Qurtuluş 93" ünvanına apardım. Nərmini maşından düşürdükdən sonra evimə getdim. Sonra Nərminin məndən şikayət etdiyini bildim".


Cinayət işi üzrə zərərçəkmiş Nərminin sözlərinə görə, işlədiyi kafedə Məryəm adlı müğənninin vasitəsilə Camal adlı müğənni ilə tanış olub: "Həmin günü Camalla bir neçə dəfə mahnı oxuduqdan sonra onunla iş yoldaşı kimi münasibətlərimiz yarandı".


Nərmin daha sonra Camalın təklifi ilə "X-lady" adlanan klubda ifa etmələrindən, sonra "Vulkan" otelində olan söhbətlərindən danışıb: "Oteldə yemək yedik, spirtli içki qəbul etdik. Orada canlı bir neçə Azərbaycan xalq mahnıların ifa etdim".


Nərmin deyib ki, Camalla könüllü olaraq iki dəfə cinsi əlaqədə olub. Onun sözlərinə görə, cinsi əlaqədə olduqdan sonra evə getmək istədiyini Camala deyib, Camal isə buna etiraz edərək onu döyüb.


O qeyd edib ki, ertəsi gün evinə gəlib və evdə bədəninə baxdıqda üzərində xəsarətlər almasını görüb:


"Bunu görəndə özümü bağışlamadım. Camalın başıma oyun açdığını fikirləşdim. Belə olan halda Camalın barəsində Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə ərizə ilə müraciət etdim. Ərizə verərkən hirsli olduğum üçün Camal tərəfindən oteldə zorlandığımı bildirdim. Amma hazırda bildirirəm ki, Camalla öz razılığım ilə cinsi əlaqədə olmuşam".


Cinayət işinə Binəqədi rayon Məhkəməsində baxılıb. Məhkəmə hökm çıxaran zamanı təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmişə dəymiş ziyanın ödənilməsini nəzərə alıb.

Bu səbəbdən məhkəmə Camalın barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad edilib.





up