“Onsuz da səndən pul çıxan deyil” - Zaur hansı məşhuru PƏRT ETDİ?
28-01-2023, 21:18

Aparıcı Zaur Baxşəliyev Əməkdar artist Elnarə Abdullayevaya atmaca atıb.

Onun verilişində qonaq olan Elnarə gözündə problemlər olduğunu bildirib. Zaur ona həkimə aparmağı təklif edib:

“Gəl səni həkimə aparım, pulsuz-parasız, bir manat da verməyəcəksən. Onsuz da səndən pul çıxan deyil”.

Zaurun atmacası bununla bitməyib. O, “həyat yoldaşımın da görməsində problemlər var”, – deyən Elnarəni yenə də “iynələyib”:

“Sənin həyat yodaşının gözü 20 il əvvəl tutulub, indi yox. O vaxta qədər normal görürdü”.

Sənətçi pərtliyini Zaura “yaman dedin ha” deməklə ört-basdır etməyə çalışıb. /yeniçağ/





up