Mətanət Əsədovaya ev hədiyyə olunub? – AÇIQLAMA – VİDEO
24-01-2023, 21:23
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Müğənni Mətanət Əsədovaya ev hədiyyə olunub.

AZİNFORM.AZ bizim.media-ya istinadən bildirir ki, bu haqda “Günaydın Azərbaycan!” səhər şousunda məlumat verilib.

Sözügedən verilişin aparıcısı Xoşqədəm Hidayətqızı canlı yayımda sənətçiyə zəng vuraraq, ona mənzil hədiyyə olunduğunu deyib və onu efirə çağırıb.

Proqramın gedişatında Xoşqədəm Mətanətlə bir araya gələrək, ona hədiyyə olunan evin açarlarını təqdim edib.

Aparıcı bildirib ki, müğənniyə bu hədiyyəni onun səsinin vurğunu olan bir şəxs bağışlayıb.

Sözügedən məsələ ilə bağlı bizim.media-nın əməkdaşı Mətanət Əsədova ilə əlaqə yaradıb.

Müğənni “Bu yalan deyil. Məndə nə zamansa yalan nəsə görmüsünüz? Həqiqətən mənə ev hədiyyə olundu. Amma bu haqda danışmaq istəmirəm”, – deyə açıqlama verib.





up