Brilliant Dadaşova: "Oğlum ailə qurduqdan sonra ayrı yaşamaq istəyir" - VİDEO
22-01-2023, 17:05

"Cahadın 32 yaşı var. Oğlumuzun başına pərvanə kimi fırlanmışıq, yəqin ki, belə bir qız lazımdır".

Azinform.az  bizim.media-ya istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, oğlu ailə qurduqda sonra ayrı yaşamaq istəyir: "İndi qızlar da, oğlanlar da kaprizlidir. Oğlum evləndikdən sonra birlikdə yaşamaq istəyərdim, amma gənclər ayrı yaşasa, yaxşıdır... Oğlum gec evlənsin, yetər ki, ayrılıq olmasın, Allah göstərməsin. Düzgün, sədaqətli olmaq lazımdır".

Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə ailəli olan B.Dadaşovanın bu evlilikdən Cahad adlı bir oğlan övladı var.
 




up