Rəşad Dağlının Türkiyədəki görüntüləri yayıldı – VİDEO
5-12-2022, 13:28

Qonşusunu öldürməkdə təqsirli bilinən meyxanaçı Rəşad Dağlının Türkiyədəki görüntüləri yayılıb.

AZİNFORM.AZ xəbər verir ki, söz ustadının oğlu Yusif atasının yay ayında Türkiyədə istirahətdə olarkən çəkilmiş görüntülərini sosial şəbəkə hesabında paylaşıb.

Görüntülərdə meyxanaçı, oğlu və qızı Bətül yer alıb.

11 yaşlı Yusif paylaşımına “Darıxırıq sənsiz” – deyə, şərh yazıb.

Qeyd edək ki, noyabrın 9-u meyxanaçı İskəndər Mehtiyev adlı qonşusunu  bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.  /yenisabah.az/

Həmin görüntüləri təqdim edirik:  






up