Bu qadın Rəhim Rəhimlinin sevgilisi imiş - Hər gün qəbrini ziyarət edir - VİDEO
5-12-2022, 11:32
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Mərhum müğənni Rəhim Rəhimlinin sevgilisi üzə çıxıb.

Bu barədə "Maqazin Plus" verilişi məlumat yayıb. Belə ki, özünü mərhum bəstəkar-müğənni Rəhim Rəhimlinin sevgilisi kimi qələmə verən Huri adında qadın Rəhim vəfat edəndə ölkə xaricində olub:

"Rəhim gedəni, hələ də alışa bilmirəm onun yoxluğuna. O gedəni nə havam, nə suyum çatır. Elə bilirəm ki, qaranlıq bir yerdəyəm. Rəhim rəhmətə gedəndə ölkə xaricində idim. Dostları mənə zəng vurub dedilər ki, Rəhim artıq həyatda yoxdur. O, mənimlə sağollaşmadan, küsülü getdi həyatımdan".

O qeyd edib ki, Rəhimli ondan bir övladı olmasını istəyib: "Rəhim əvvəllər tez-tez fikirləşirdi ki, ailə quraq, övladımız olsun. O, ən çox oğlan övladının olmasını istəyirdi. Deyirdi ki, heç olmasa, o, yolumu davam etsin, adımı daşısın. Amma bu da qismət. Ada qədər fikirləşmişdi".


Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından sentyabrın 30-u vəfat edib.





up