Naibə Allahverdiyevaya ağır itki
21-11-2022, 22:30

Xalq artisti Naibə Allahverdiyevaya ağır itki üz verib.

Sənətçinin yaxın qohumu dünyasını dəyişib. Bu barədə aktrisa feysbukda məlumat yayıb.

"Məni hər zaman ən çox axtaran "Bibi, səninlə fəxr edirəm" deyən, hər bayramda təbrik edən, halımı soruşan sən idin. Dünən gecə ölüm xəbərin məni çox sarsıtdı, ay Sabir bala. Anan deyir, bizə söyləyirdi ki, gərək məni Naibə bibiyə verəydiniz, o böyüdərdi. Mən də hər zaman sənə güvənirdim ki, qocalanda heç kim mənim qayğıma qalmasa, Sabir qalacaq", - deyə, Allahverdiyeva bildirib. /olay/

AZİNFORM.AZ





up