Beren Güney yeni görkəmi ilə görənləri təəccübləndirdi - FOTOLAR
26-10-2022, 13:42

Sosial media fenomeni Beren Güneyin cinsiyyət dəyişdirmə əməliyyatından sonrakı görkəmi görənləri təəccübləndirib.

AZINFORM/AZ  Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir müddət əvvəl məşhur idmançılarla eşq yaşaması ilə gündəmə gələn Beren Güney yeni görkəmi ilə izləyicilərini təəccübləndirib.

Belə ki, cinsiyyətini dəyişən və estetik əməliyyatlar üçün 500 min türk lirəsi ödəyən Güney səs dəyişdirmə əməliyyatı, daha sonra döş və cinsiyyət dəyişdirib. Bununla da kifayətlənməyən fenomen 7 burun, 5 döş əməliyyatı, 2 dodaq qaldırma, yanaq sümüyü və digər əməliyyatlar keçirib.

Uzun müddətdir sosial şəbəkədə paylaşım etməyən Beren Güney son halını izləyiciləri ilə bölüşüb. Beren Güney, "Mənim üçün yeni bir dövr başlayır. Düşünürəm ki, bu, mənim hər halımda əks olunur. Bu, inanılmaz bir hissdir! Sizlərə sahib olduğum üçün çox şadam. Xoş arzularınız və dualarınız hər zaman mənimlədir" sözlərini yazaraq yeni fotolarını paylaşıb. /azxeber/com/

Həmin fotoları təqdim edirik:  






up