Dünyanın ən böyük xam neft idxalçısı olan Çində tələbin azalması fonunda neft qiymətləri ucuzlaşıb.
AZİNFORM.AZ xəbər verir ki, "Brent" markalı neftin noyabr müqaviləsində bir barelin qiyməti 34 sent və ya 0,4% ucuzlaşaraq 93,66 ABŞ dollarına enib.
WTI markalı neftin oktyabr müqaviləsində bir barelin dəyəri isə 0,2% və ya 20 sent azalaraq 87,58 ABŞ dolları olub.