Azərbaycanda əhali dollarlarını niyə satır? - SƏBƏB MƏLUM OLDU
29-07-2022, 16:31

Bu il Azərbaycanda valyuta mübadilə məntəqələrinə satılan nağd dolların məbləği alışdan çox olub.

AZİNFORM.AZ  Mərkəzi Banka istinadən xəbər verir ki, 2022-ci ilin birinci yarısında mübadilə məntəqələrindən nağd formada 1,307 milyard dollardan çox alış həyata keçirilib. Amma bu satış 950 milyondan bir qədər çox olub. Fərq 357 milyon dollara çatıb.


Məlumatlar göstərir ki, hazırda ölkəmizdə dollara olan tələb zəifləyib. Dollara tələbi zəiflədən amil neftin qiymətinin yüksək olmasıdır. Azərbaycan əhalisi 2015-ci ildən sonra neftin qiyməti ilə məzənnə arasında əlaqənin olması fikrini mənimsədiyindən neftin qiymətinin dəyişməsinə uyğun olaraq dollara tələb və təklifdə dəyişiklik baş verir.


2022-ci ilin fevralından neftin qiyməti 100 dolları ötüb. Fevraldan öncə dollar alışı çox olduğu halda, ilin ikinci ayında və növbəti aylarda dollara satışı daha çox olub.





up