İsmayıllı Velosiped Zavodunda (İSMA BİKE) əlil arabaları istehsal ediləcək.
AZİNFORM.AZ xəbər verir ki, bunu İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov deyib.
O bildirib ki, bu həm əl ilə idarə olunan, həm də elektron idarə olunan arabalar olacaq.
İcra başçısı həmçinin əlavə edib ki, İsmayıllı Velosiped zavodu işə düşdükdən sonra təsisçisi və səhmdarı dəyişib.