İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac iyulun 21-də keçiriləcək.
AZİNFORM.AZ xəbər verir ki, hərraca "Azərbaycan Hava Yolları" QSC-nin helikopteri çıxarılacaq.
Qeyd edək ki, sifarişlər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud e–emlak.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaq. Helikopterlər barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. /ölkə.az/