Türk lirəsinin ucuzlaşması azərbaycanlıların xeyrinədir? - VİDEO
5-11-2023, 22:10

Türk lirəsinin ucuzlaşması qısa müddət üçün Azərbaycan vətəndaşlarına xeyirli olacaq.

AZİNFORM.AZ Xəzər TV-yə istinadən bildirir ki, bunu İqtisadçı-ekspert Rəşad Həsənov deyir.

O bildirir ki, hazırda 1 türk lirəsi 6 qəpikdən də ucuzdur. Ekspertin sözlərinə görə, lirənin ucuzlaşması hələ bir müddət də davam edəcək.

Rəşad Həsənov deyir ki, lirənin ucuzlaşmasının Azərbaycan üçün qısa müddətli xeyirləri var. Bu ucuzlaşma Türkiyəyə səyahət edənlər üçün ucuz gəzinti, fərdi istehlakçılar üçün isə əlverişli alış şəraiti yaradır. Amma orta və uzunmüddətli perspektivdə bunun mənfi təsirləri olacaq.

Ekspert hesab edir ki, Azərbaycanın ticarət tərəfdaşının valyutasının dəyərdən düşməsi həmin ölkədən bizə idxal olunan məhsulların qiymətinə təsir etmir. Bunun səbəbi isə bazarın kifayət qədər liberal olmamasıdır.

Rəşad Həsənov bildirir ki, bu vəziyyətdə idxaldan fərqli olaraq hazırda Azərbaycandan Türkiyəyə məhsul ixrac edənlər zərər görürlər. Çünki Azərbaycan sabit məzənnə siyasəti həyata keçirir. Azərbaycandan Türkiyəyə ixrac olunan məhsulların qardaş ölkədəki məhsullarla rəqabət aparmaq imkanı da aşağı düşür.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





up