Azərbaycanda un ucuzlaşdı - Yeni QİYMƏTLƏR
2-06-2023, 19:19

Ölkə ərazisində unun pərakəndə satış qiyməti ucuzlaşıb. 

AZİNFORM xəbər verir ki, Azərbaycanda unun qiyməti 3%-dən çox ucuzlaşıb.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə - 31,5 manata "Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə - 35 manata "Nural” MMC satıb.

20 gün əvvəl isə "Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 32,5 manata, "Nural” MMC isə 36 manata satıb.

Məlumat üçün qeyd edək ki, son 5 ay ərzində Azərbaycanda unun qiyməti təxminən 16%-dən çox ucuzlaşıb. 

 





up