Sürücülərin kondisioner ustalarına müraciətləri artdı, xidmət bahalaşdı - VİDEO
1-06-2023, 01:57

Havalar isindiyindən sürücülərin kondisioner ustalarına müraciətləri artıb.

AZİNFORM.AZ-ın məlumatına görə, uzun illərdir kondisioner ustası işləyən Cavidan Muradxanlı bildirib ki, əsas müraciətlər soyutmanın normal olmaması və ya ümumiyyətlə kondisionerlərin işləməməsi ilə bağlıdır.

Mütəxəssisin sözlərinə görə, sürücülər əksər hallarda filtrləri dəyişdirmir və kompressoru yağlamırlar. Buna görə də kondisionerlərin fəaliyyətində problemlər yaranır.

Usta bildirib ki, sürücülər kondisionerlərə dövrü qulluq üçün ustalara üz tutarkən diqqətli olmalıdırlar. Çünki, qaydalara uyğun olaraq frion qazları kondisionerlərə kustar üsullarla deyil, xüsusi aparat vasitəsilə sistemə əlavə edilməlidir. Həmin aparatlar avtomatik olaraq kondisioner sisteminin ehtiyaclarını üzə çıxarır.

Mütəxəssisin sözlərinə görə, bu il sürücülərin xərci də çox olacaq. Çünki filtr və qazın qiyməti ötən ilə nisbətən 10% bahalaşıb.

Sürücülərə əlavə xərcə düşməmək üçün kondisioner sisteminə mütəmadi qulluq göstərmələri tövsiyə edilir.

Daha ətraflı süjetdə:





up