Taksi qiymətləri niyə bahalaşıb? - VİDEO
28-04-2023, 08:45

Son günlər taksi qiymətlərində artım var. Bunu həm sürücülər, həm də sərnişinlər təsdiq edirlər.

Buna səbəb kimi "Formula – 1” yarışları səbəbindən mərkəzi yolların bağlı olması göstərilir.

Vətandaşlar bildirir ki, qiymət artımı hər taksi şirkətlərində fərqlidir. Ümumi artım 40 faizə qədərdir.

Taksi sürücüləri isə qiymət artımının başqa səbəblərinin də olduğunu bildirirlər.
Hətta qiymət bahalığına görə bəzi sürücülər həmin istiqamətə müştəri olanda imtina etdiklərini də deyirlər.

Məsələ ilə bağlı bir necə taksi xidmətinə müraciət etdik. Şirkətlərdən birinin rəhbəri Emin Əlizadənin sözlərinə görə, onlar heç bir qiymət artımına getməyiblər. Hazırda şirkətin ancaq günün pik saatlarında qiymət artımı var.

Başqa bir taksi şirkətindən isə təsdiqləyiblər ki, son günlər onlarda qiymət artımı müşahidə edilir. Buna səbəb isə yarışlarla bağlı yolların bağlı olması və benzin sərfiyyatının artmasdır.

Taksi qiymətlərinin necə tənzimlənməsi ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyi ilə əlaqə saxladıq. Nazirlikdən bildirildi ki, taksi minik avtomobilləri ilə daşımalarda tariflər dövlət tərəfindən tənzimlənmir. Daşıma qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Hazırda qiymət fəaliyyət göstərən taksi operatorları tərəfindən rəqabət şəraitində formalaşır. Taksi xidməti sahəsində tənzimlənmənin təkmilləşdirilməsi üçün mərhələli şəkildə müvafiq işlərin görülməsi nəzərdə tutulur.


Mənbə: "Xəzər TV"



up