Bu avtomobillər də BAHALAŞIB
9-04-2023, 21:12

İranda “Saipa”nın qiyməti ilə bağlı narazılıq yaranıb.

AZİNFORM.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı Rəqabət Şurasının mətbuat katibi İsmayıl Şəcai açıqlama verib.

O deyib ki, avtomobilin qiymətinin müəyyənləşdirilməsi Rəqabət Şurasının səlahiyyətində deyil, Təhlükəsizlik Nazirliyi qiymətləri tənzimləyə bilər:

“Hökumət avtomobillərin qiymətini sabit saxlamaq istəyirsə, istehsal edən şirkətlərə dəstək olmaq və itkiləri kompensasiya etmək üçün büdcə xətti təqdim edə bilər”.

Rəqabət Şurasının qərarına əsasən, “Saipa” məhsullarının orta qiymət artımı 35%, “İran Xodro” məhsullarının (Hər ikisi avtomobil məhsullarıdır) qiyməti isə 35%-dən bir qədər çox olub.





up