AZAL bu ölkəyə müntəzəm uçuşlara başlayır – BİLET QİYMƏTLƏRİ
17-03-2023, 23:07

İyun ayından etibarən Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Bəhreynə müntəzəm reyslər həyata keçirəcək.

AZİNFORM.AZ xəbər verir ki, uçuşlar iyunun 1-dən başlayır və Bəhreynin Al-Muharraq hava limanına ediləcək.

Uçuşlar əvvəlcə həftədə bir dəfə cümiə axşamı yerinə yetiriləcək, iyun ayından sonra isə bazar günləri də əlavə olunacaq.

Bakıdan Bəhreynə və əksinə uçuşlar minimium qiymətlə 610 manata başa gələcək. Bakıdan uçuş üçün minimum («ekonom sinif» bileti) qiymət 310 manat, geri uçuş isə 285 manatdan başlayır.







up