Xaricdən Azərbaycan gələn turistlərin 90%-dən çoxu Bakı, Qəbələ və Qubaya gedir.
AZİNFORM.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkəyə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin böyük hissəsi bu şəhərlərin payına düşür.
Belə ki, oteldə gecələmələrin
78,3 faizi Bakıda,
8,1 faizi Qəbələdə,
4,4 faizi Qubada,
3,6 faizi Qusarda,
2,4 faizi Naftalanda,
0,7 faizi Şabranda,
0,5 faizi Naxçıvan Muxtar Respublikasında,
2,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
Xatırladaq ki, DSK-nin məlumatına görə, 2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan otellərində gecələyən xaricilərin sayı 1 milyon 031 min 400 nəfər olub.
Bu hesabla turistlərin gecələmə sayı
Bakı otellərində 807 min 586 nəfər,
Qəbələ otellərində 83 min 543 nəfər,
Quba otellərində 45 min 381 nəfər,
Qusar otellərində 37 min 130 nəfər,
Naftalan otellərində 24 min 753 nəfər, Şabran otellərində 7 min 220 nəfər,
Naxçıvan MR otellərində 5 min 157 nəfər,
digər şəhər və rayonlardakı mehmanxanalarda isə 20 min 628 nəfər olub.