İlham Əliyev: Tezliklə Azərbaycanın daha bir neçə qaz yatağında hasilat başlanacaq
1-10-2022, 18:15

“Avropanın enerji xəritəsini dəyişdirən Cənub Qaz Dəhlizi qitənin ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizinin təşəbbüskarı olmaqdan qürur duyur ”. 

Azinform.az xəbər verir ki, bunu  Prezident  İlham Əliyev Sofiyada Yunanıstan-Bolqarıstan (IGB) qaz birləşdirici kəmərinin açılış mərasimində çıxışı zamanı deyib.

“Cənub Qaz Dəhlizi qazın istehlakçılara yeni marşrutla, eləcə də yeni mənbədən nəqlini təmin edir. İndiyədək yeganə mənbə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağı olub. Lakin yaxın gələcəkdə Azərbaycanın daha bir neçə qaz yatağında hasilat başlanacaq ki, bu da tədarükün həcminin artmasına xidmət edəcək ”, - deyə dövlət başçısı bildirib.





up