“Mançester Yunayted” “Liverpul”u məğlub etdi
23-08-2022, 01:31

İngiltərə Premyer Liqasının (APL) III turunun “Mançester Yunayted”-“Liverpul” oyunu başa çatıb.

AZİNFORM.AZ xəbər verir ki, Mançesterdəki "Old Trafford" stadionunda baş tutan qarşılaşmada ev sahibləri 2:1 hesabı ilə qalib gəlib.

“Mançester”in yarımmüdafiəçisi Ceydon Sanço 16-cı dəqiqədə hesabı açıb. 53-cü dəqiqədə Markus Reşford meydan sahiblərinin fərqini artırıb. 81-ci dəqiqədə “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah fərqi minimuma endirib.

İki turdan sonra “Mançester Yunayted” üç xalla Premyer Liqanın turnir cədvəlində 14-cü yerdədir. “Liverpul” iki oyundan cəmi iki xalla 16-cı pillədə qərarlaşıb.





up