ŞOK İTTİHAM: Dünyaca məşhur futbolçu 2 il həbs edilə bilər
29-07-2022, 20:34

İspaniya Prokurorluğu (DIS) hücumçunun "Barselona"ya keçidi ilə bağlı mənimsəmə işi üzrə braziliyalı futbolçu Neymarın 2 il həbs və 10,2 milyon avro cərimələnməsini istəyib.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə "Reuters" məhkəmə sənədinə istinadla məlumat yayıb.

Futbolçunun Braziliyanın "Santos" klubundan "Barselona"ya transferinin korrupsiya sövdələşmələri ilə müşayiət olunduğunu iddia edən DIS 7 il əvvəl futbolçunu məhkəməyə verib. Futbolçunun özündən başqa, müttəhimlər kürsüsündə “Barselona”nın iki keçmiş prezidenti Sandro Rosel və Xosep Mariya Bartomeu, həmçinin Neymarın valideynləri olacaq. DIS, məbləğin bir hissəsinin gizlədildiyi üçün oyunçunun transferindən almalı olduğundan çox az pul aldığını iddia edir.

DIS "Santos"a ödənilən 17,1 milyon avronun 6,8 milyon avrosunu alıb, Bartomeu isə istintaq zamanı braziliyalının "Barsa"ya transferinin real məbləğinin vergilər də daxil olmaqla kluba 86,2 milyon avroya başa gəldiyini etiraf edib. /publika.az/






up