“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istədi
22-07-2022, 09:15

“Neftçi”nin baş məşqçisi Laurentsiu Reghekampf Konfrans Liqasının ikinci mərhələsinin ilk matçında “Aris”ə 0:2 hesablı məğlubiyyətdən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, oyundan sonrakı mətbuat konfransında əvvəlcə matç barədə fikirlərini bildirib:

- Oyunun ikinci başlanğıcından narazı qaldım. İkinci hissədə komanda rekasiya vermirdi. Birinci hissədə də onlar çox yaxın idi qol vurmağa. Bizim də şansımız var idi. Oyundan sonra analiz etmək çətindir. Artıq oyundan sonra futbolçularla danışmışam. Müdafiədə daha yaxşı oynamalıyıq. Bunu klub üçün də, özümüz üçün də etməliyik. Oyunçulara bildirdim ki, Bakıda mərhələ adlamalıyıq. “Aris”i təbrik edirəm. Amma ikinci oyunumuz var və azarkeşlərimizlə birlikdə geri dönüş edə bilərik.

- Qəribə budur ki, komanda fiziki cəhətdən demək olar ki, meydanda yox idi…

- Fiziki cəhətdən danışmalı deyilik. Çünki ikinci hissənin əvvəli idi və futbolçuların belə problemi olmamalıdır. Məncə, oyuna köklənməkdən və soyunub-geyinmə otağından meydana necə getmək asılıdır.

- Nəyin hesabına “Aris”i keçəcəksiz? Biz bu gün onu görmədik…

- İkinci matç daha fərqli olacaq. Evdə çıxış edəcəyik və daha aqressiv olmağa çalışacağıq. Eyni zamanda da qol vurmağa cəhd edəcəyik. Şanslarımızdan yararlanmağa çalışacağıq.

- Qısa müddətdə nəyi dəyişəcəksiz? Futbolçular daha çox çalışmalıdır, daha çox can qoymalıdır. “Neftçi” tarixi klubdur.

- Bu normaldır, çünki komanda uduzub. Biz futbolçularla daha xüsusi hazırlıq keçəcəyik. Çalışacağıq ki, dönüş yaradaq. Bilirəm ki, fanatlar nəticədən narazıdır və onları başa düşürəm, haqlıdırlar. Komandama görə fanatların qarşısında üzr istəyirəm. Eyni zamanda da onlara ehtiyacımız var.

- “Aris”in çıxışı sizi təəccübləndirdi?

- Mən sadəcə öz komandam haqqında danışa bilərəm. Matçı analiz edib ikinci oyuna hazır olacağıq.

- Rəqibinizə yuxarıdan aşağı baxmırdınız?

- Yox. Məni səhv başa düşməyin. Onları təbrik edirəm. Amma bizim daha bir oyunumuz var. Futbolda bundan böyük hesablardan sonra geridönüş olub. Hər şey mümkündür. Birinci hissəyə nəzər yetirsək, ilk qolu vursaydıq, nələrin olacağını bilmək olmazdı. Şansımız var və buna inanıram.

- Komandadakı problemlərdən və başqa hər şeydən danışdı. Etiraf edir ki, komandanı oyuna hazırlaya bilməmişdi?

- Əvvəldən demişdim ki, çətin olacaq. Daha yaxşı komanda hazırlamaq üçün səhvlərimizə baxmalıyıq. Mən həmişə öz oyunçularımı qoruyacam. Siz günahı məndə görün və buna haqqınız var.

- Mamadu Mbodj sağ cinah müdafiəçisi kimi çıxış edirdi. Hansı səbəbdən o mövqedə çıxış edirdi? Cinah müdafiəçisi hücumlara dəstək olur, ötürmələr edir. Bu gün heç biri yox idi və ikinci qolda Mbodjun səhvi var idi…

- Bugünkü oyuna hazırlığımız o idi ki, qol buraxmayaq. “Aris” bütün hücumları həmin cinahdan etdi. Düşünmüşdük ki, oranı bağlayaq. Mbodj hündürboy futbolçularımızdan biridir. Çalışırdıq ki, onunla elə oynayaq ki, qol buraxmayaq və evdə bu rəqibi keçək.





up