Fərid Qayıbov tarixi medal qazanan üzgüçünü təbrik edib
7-07-2022, 01:00

Gənclər və idman naziri Fərid Qayıbov Rumıniyanın paytaxtı Buxarestdə gənclər arasında keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycan üzgüçüsü Ramil Vəlizadəni təbrik edib.

AZİNFORM.AZ-ın məlumatına görə, nazir bununla bağlı özünün sosial şəbəkə hesabında post paylaşıb.

"Üzgüçülük üzrə Avropa çempionatında ilk dəfə medal qazandıq. Bu tarixi uğura gənc idmançımız Ramil Vəlizadə nail oldu" - F.Qayıbov yazıb.





up