Arda Turan hər şeyi məhv etdi - Bütün Türkiyə ondan danışır...
20-11-2023, 17:15

Arda Turan "Eyüpspor"la adından söz etdirməyə davam edir. Trendyol 1-ci Liqasında rəqəmləri alt-üst edən və çıxışı ilə bəyənilən bənövşəyi-sarı komandada Arda Turan böyük uğur qazanıb. 
Trendyol 1-ci Liqasında Arda Turanın küləyi əsməyə davam edir. AZİNFORM.AZ bildirir ki, baş məşqçisi olduğu “Eyüpspor”da karyerasını tam sürətlə davam etdirən gənc məşqçi Arda Turan göstərdiyi performansla rəqəmləri alt-üst edib.
Bu mövsüm Trendyol 1-ci Liqasının flaş komandası Arda Turanın çalışdırdığı Eyüpspor oldu. Liqada indiyə qədər keçirdiyi 12 matçın 10-da qalib gələn “Eyüpspor” cəmi 2-də məğlub olub. Uğurlu məşqçi Arda Turan göstərdiyi performans və oynadığı futbolla alqış toplayıb.
Arda Turanın idarə etdiyi “Eyüpspor” liqada keçirdiyi 12 matçdan 10-da qalib gəlib və cəmi 2 məğlubiyyətlə 30 xalla lider olub. 12-ci həftəyə olan məlumata görə, bənövşəyi-sarılar ən yaxın izləyicisi “Kocaelispor”la 4 xal fərqi var idi.
Yeni məşqçi olan Arda Turan fərdi fiqurları ilə göz qamaşdırıb. 36 yaşlı gənc çalışdırıcı hər matçda orta hesabla 2,50 xal toplaya bilib. Turan komandası 12 həftə ərzində 33 dəfə rəqib torunu silkələsə də, qapısından cəmi 9 top keçirib.
AZİNFORM.AZ






up