Messi 8-ci dəfə " Qızıl Top" (Ballon d'Or ) mükafatını qazanaraq bəlkə də heç vaxt qırıla bilməyəcək bir rekordu yenilədi.
AZİNFORM.AZ xəbər verir ki, Messi və Ronaldoya qədər bu nüfuzlu mükafatı ən çox 3 dəfə qazanan futbolçular olmuşdu. Messi 8, Ronaldo isə 5 dəfə Qızıl Top qazanıb və bundan sonra yeni Ballon d'Or qazanacaqları gözlənilmir.
Messinin bu ilki mükafatındakı əsas pay Dünya Çempionatını qazanması idi. Futbol tarixi belə möhtəşəm bir oyunçu, xarakter gördü. Dünyanın hər yerindən, hər təbəqəsindən, hər yaş və cinsindən insanları 90 dəqiqəlik xoşbəxt etdi. Yaxşı ki, bizim dövrümüzə düşdü və bu möcüzəni izləyə bildik. Təşəkkürlər, Leo Messi!
Messi çıxışında Maradonadan da xüsusi bəhs etdi, bu gün Maradonanın ad gününə təsadüf edirdi.
AZİNFORM.AZ
Facebook
Вконтакте
Одноклассники
Google+