Mauro İkardinin həyat yoldaşıından səs-küy yaradacaq AÇIQLAMA
13-10-2023, 18:45

Sarı-qırmızılı komandada çıxış edən Maura İkardinin həyat yoldaşı Vanda Nara ilə bağlı təəccüblü iddia ortaya atılıb. İddiaya görə, Nara reper L-Qante ilə həyat yoldaşını aldadır. 

AZİNFORM.AZ xəbər verir ki, bu iddialar üzə çıxdıqdan sonra Vanda Nara məsələ ilə bağlı açıqlama verib. "Qalatasaray"ın məşhur futbolçusu Mauro İkardinin həyat yoldaşı və meneceri Vanda Naranın reper L-Qante ilə İkardini aldatması xəbəri mətbuatda geniş yer alıb.

 Mauro İkardinin həyat yoldaşı və meneceri Wanda Nara İtaliya mətbuatından Oqqiyə məsələ ilə bağlı açıqlama verib. "Mauronun maaşı əladır. (İkardi "Qalatasaray"dan ildə 10 milyon avro qazanır)" deyən Vanda Nara saxtakarlıq iddialarına son qoyub.

 Vanda Nara argentinalı reper L-Gante ilə İkardiyə xəyanət etməsi ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini ifadə edərək, "Biz sizin oxuduğunuzdan daha darıxdırıcı cütüyük. Bir-birimizə çox bağlıyıq. Biz heç vaxt ayrılmayacağıq” dedi.





up