DİGƏR XƏBƏRLƏR
Portuqaliya çempionatının 4-cü turunun “Porto” - “Aroko” matçında oyunun baş hakimi Miqel Noqeyra VAR hakimləri ilə telefonla danışdıqdan sonra qonaqların qapısına təyin olunmuş penaltini ləğv edib.
AZİNFORM.AZ xəbər verir ki, görüşün 90-cı dəqiqəsində “Porto” penalti zərbəsi vurmaq hüququ qazanıb. VAR arbitrləri epizodu izləmək üçün Noqeyrnanı monitora çağırıb, lakin texniki problemlər üzündən o, görüntünü görə bilməyib. Uzun fasilədən sonra VAR-da həmkarları ilə əlaqə saxlamaq üçün baş hakimə mobil telefon verilib. O, telefonla danışdıqdan sonra penalti ləğv edilib.
Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb. /bakupost.az/