28 yaşlı futbolçunu 4 illik həbs cəzası gözləyir - VİDEO
24-05-2022, 08:00

İngiltərənin "Vest Hem" klubunun futbolçusu Kurt Zuma məhkəmə qarşısına çıxacaq.

AZİNFORM.AZ BBC-yə istinadən xəbər verir ki, buna səbəb 28 yaşlı müdafiəçinin pişiyi təpikləməsi səbəb olub.

Fransalı oyunçunun məhkəməsi mayın 24-də Londonda baş tutacaq. Zuma ilə yanaşı, onun heyvana qarşı qəddarlığını videoya çəkən qardaşı da mühakimə olunacaq.

Nəşrin məlumatına görə, oyunçunu 4 ilə qədər həbs cəzası və 60 000 avro cərimə gözləyir.







up