MMA idmançısının UFC-də ikinci döyüşünün vaxtı MƏLUM OLDU
23-05-2023, 13:06

Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun UFC-də ikinci döyüşünün vaxtı müəyyənləşib.

Yüngül çəkidə çıxış edən idmançı iyulun 15-də ABŞ-nin Las Veqas şəhərində Terrans Makkinni ilə üz-üzə gələcək.

Qeyd edək ki, N.Sadıxov fevralda UFC-də debüt edib. O, amerikalı İvan Elderlə qarşılaşmanın 3-cü raundunda qələbə əldə edib.





up