DİGƏR XƏBƏRLƏR
İngiltərə Premyer Liqasının 36-cı turunda “Liverpul” səfərdə “Lester”in qonağı olub.
Oyuna fəal başlayan qonaqlar 33-cü dəqiqədə C.Consun qolu ilə önə keçiblər. 36-cı dəqiqədə futbolçu özünün və komandasının ikinci qolunu vurub. Qarşılaşmada son nöqtəni Trend Aleksander Arnold qoyub.
Qələbə sayəsində “Liverpul” xallarının sayının 65-ə çatdıraraq dördüncü pillədəki “Mançester Yunayted”ə yaxınlaşıb.
“Lester” isə 30 xalla turnir cədvəlinin 19-cu pilləsində qalıb.