«Araz Naxçıvan» Türkiyə şirkəti ilə anlaşıb.
Aqro sahə üzrə ixtsaslaşan firma Naxçıvan şəhər stadionunun meydançasını dəyişəcək.
Razılaşma 500 min manat qarşılığında baş tutub.
I Divizionda çempion olan Muxtar Respublika təmsilçisi ev oyunlarını keçirdiyi arenanın təbii ot örtüyünü dəyişmək fikrindədir. Bura süni qazon salınacaq.
Növbəti mövsüm Premyer Liqada çıxış etmək hüququ qazanmış bölgə klubu bir müddətdir xeyli sayda xarici müəssisə ilə danışıqlar aparırdı.
Onlar arasında ən aşağı qiyməti Türkiyə şirkəti təklif etdiyindən, «Araz Naxçıvan» tərəfindən qəbul görüb.
Qazonun dəyişdirilməsinə nə vaxt start veriləcək? Bu, AFFA-nın yekun qərarından asılıdır.
Federasiya «Araz Naxçıvan»ın elitaya gəlişinə rəsmi icazə verən kimi yeninlənqurma prosesi başlanacaq.