Qurban Qurbanovun oğlunun dəyəri açıqlandı - Fantastik məbləğ
16-04-2023, 19:20

İtaliyanın "sportcafe24.com" saytında "Qarabağ"ın futbolçusu Musa Qurbanlının "Torino" klubuna mümkün keçidi haqda xəbər tirajlanıb.

AZİNFORM.AZ sportinfo.az-a istinadla xəbər verir ki, 21 yaşı tamam olan hücumçunun İtaliya klubuna keçid ehtimalı 25 faiz olaraq göstərilib.

Bundan başqa, Qurbanlının dəyərinin təxminən 5 milyon avro olduğu da vurğulanıb.

Musa Qurbanlı bu mövsüm Misli Premyer Liqasında 20 qolla bombardirdir. Onun Ağdam təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.





up