Ronaldo özündən 15 yaş kiçik modellə nişanlandı - FOTO
13-01-2023, 11:34

Əfsanəvi braziliyalı futbolçu, ikiqat dünya çempionu, 45 yaşlı Ronaldo 30 yaşlı braziliyalı model Selina Loksla nişanlanıb.
AZİNFORM.AZ xəbər verir ki, bu barədə Selina Loks sosial şəbəkələrdə nişan fotolarını  yayımlayıb. 
Qeyd edək ki, cütlük 2015-ci ildən birlikdədirlər. 2019-cu ildən Ronaldo İspaniyanın "Valyadolid" klubunun sahibi və prezidentidir. O, həmçinin Braziliya "Kruzeyro"nun da sahibidir.






up