ABŞ-ın ilk qolunu prezidentin oğlu vurdu - FOTO
23-11-2022, 00:00
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

ABŞ yığması dünya çempionatında ilk oyununu Uelsə qarşı keçirir.

AZİNFORM.AZ xəbər verir ki, hazırda qarşılaşmada ilk hissə başa çatıb və ABŞ yığması 1:0 hesabı ilə irəlidədir.

Uelsin qapısından topu Timoti Vea keçirib.

Fransanın “Lill” klubunda oynayan Timoti Liberiya prezidenti, əfsanəvi futbolçu Corc Veanın oğludur. Corc Vea “Qızıl top”u qazanan yeganə afrikalı futbolçudur.

Böyük Vea “Qızıl top”u qazanmasına baxmayaraq, heç vaxt dünya çempionatının final mərhələsində iştirak etməyib.





up