Ronaldo matç zamanı qorxulu anlar yaşadı
25-09-2022, 22:44

Portuqaliya yığmasının futbolçusu Kriştianu Ronaldo matç zamanı qorxulu anlar yaşayıb.

AZİNFORM.AZ xəbər verir ki, səfərdə Çexiyaya qarşı keçirdikləri UEFA Millətlər Liqasının V tur oyununda 37 yaşlı hücumçu rəqibin qapıçısı Tomaş Vatsliklə toqquşub. Nəticədə ulduz futbolçunun burnu əzilib. Həkimlərin ilk müdaxiləsi ilə qan dayandırılıb. Ronaldo da oyununa davam edib. Qeyd edək ki, A Liqasının 2-ci qrupunda Çexiya isə Portuqaliyaya uduzub - 0:4. /metbuat.az/

AZİNFORM.AZ





up