SON DƏQİQƏ: Pensiyalar iyulun 15-də tam ödəniləcək
13-07-2022, 09:00

İyulun 15-də ölkə üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub.

AZİNFORM.AZ xəbər verir ki, bu barədə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edək ki, bu il üzrə verilməsi nəzərdə tutulan 200 manat maddi yardımın növbəti rüb üzrə ödəniləcək 50 manatı da iyul ayının pensiyasının üzərinə əlavə olunacaq. Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.

AZİNFORM.AZ





up