Mədəniyyət Nazirliyindən müraciətə cavab: Tünzalə Əliyeva harda dəfn olunacağı bəlli oldu
22-01-2023, 23:01

Bu gün vəfat edən Əməkdar atist Tünzalə Əliyeva “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Bu barədə mərhumun sənətçi dostu Ülviyyə Əliyeva açıqlama verib.

Aktrisanın sözlərinə görə, dəfn xərcləri Mədəniyyət Nazirliyi tərəfindən qarşılanacaq.

Mərhumla vida mərasimi isə sabah saat 11.00-da Heydər məscidində təşkil olunacaq.

Qeyd edək ki, aktrisa Tünzalə Əliyeva uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Sənət yoldaşları və dostları Əməkdar artistin Qurd qapısı qəbiristanlığında dəfn olunması üçün nazirliyə müraciət etmişdi./gundem.az/





up