Gələn il pensiyalar artırılacaq
5-12-2022, 13:59
Azinform.Az - Azerbaycanin informasiya Merkezi

Hər il pensiyalar üzrə indeksasiya aparılır. Bu il inflyasiya da var. Buna görə də biz inflyasiyanın təsirlərini pensiyaçılara kompensasiya etməliyik.

AZİNFORM.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında maliyyə naziri Samir Şərifov bildirib.

Samir Şərifovun sözlərinə görə, 2018-2019-cu illərdə minimum əmək haqqı 130 manatdan 200 manata çatdırılıb ki, bu paket də 4 milyard manata başa gəlib:

“Növbəti ildə bizim təkcə pensiya fonduna indeksasiya üzrə xərclərimiz əhəmiyyətli dərəcədə artır. Söhbət 15%-dən az olmayan indeksasiyadan gedir. Ona görə biz baxmalıyıq ki, nə edə bilərik”.





up