Azərbaycanda faciəvi olay
18-09-2022, 23:39

Azərbaycanda faciəvi hadisə baş verib.

Belə ki, atdan yıxılan 21 yaşlı gənc aldığı xəsarətdən ölüb.

Hadisə Gədəbəy rayonunun "Mal bazarı" adlanan ərazisində olub.

Gədəbəy rayon sakini, 2001-ci il təvəllüdlü Elgün Abbasov at üzərində hərəkətdə olan zaman at hürkərək özünü yaxınlıqdan keçən "VAZ-21021" markalı avtomobilə çırpıb.

Bu zaman E.Abassov atdan yıxılaraq ağır xəsarət alıb və hadisə yerindəcə dünyasını dəyişib.

Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır. /report/





up