DİGƏR XƏBƏRLƏR
Türkiyənin Şanlıurfa şəhərinin Siverek rayonunda mikroavtobusun avtomobillə toqquşması nəticəsində qəza baş verib.
AZİNFORM.AZ xəbər verir ki, 41 yaşlı Ercan Yıldırımın idarə etdiyi avtomobil Siverek - Şanlıurfa avtomobil yolunda mövsümi əkinçilik işçilərinin olduğu 21 yaşlı Mahsun İrisin idarə etdiyi mikroavtobusla toqquşub.
Qəzada 16 nəfərin xəsarət aldığı bildirilib.
Yaralılar Siverek Dövlət Xəstəxanasına aparılıb.