Daha bir qazi özünü yandırdı
12-09-2022, 17:28

Daha bir qazi özünü yandırıb. 

AZİNFORM.AZ xəbər verir ki, qazi Elnur Rüstəmovun Xəzər rayon Buzovna kənd bələdiyyəsinin özbaşınalığına etiraz olaraq özünü yandırdığı bildirilib.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZİNFORM.AZ-ın sorğusuna cavab olaraq, qazinin özünü yandırması faktını təsdiqləyiblər.

Bildirilib ki, Elnur Rüstəmov Nərimanov Tibb Mərkəzinin Yanıq bölməsinin Reanimasiya şöbəsində bədənin 70% yanığı ilə müalicə alır.

 Rəsmi məlumata görə, onun vəziyyəti kritik ağırdır.





up