Bakıda DƏHŞƏT: Ana 1 yaşlı övladını zəhərləyib...
12-09-2022, 10:49

Bakıda ana 1 yaşlı övladının yeməyinə zəhər qataraq onu qətlə yetirib.  

AZİNFORM.AZ xəbər verir ki, bu barədə Suraxanı Rayon Prokurorluğundan məlumat verilib.  

Aparılmış araşdırmalarla zərərçəkmişin anası, 2002-ci il təvəllüdlü Nərgiz Bağıyevanın uşağının yeməyinə hidrogen peroksid qataraq zəhərləməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.


Nərgiz Bağıyeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.


İş üzrə istintaq davam edir.





up