Dəhşətli yol qəzası - Ölən və yaralananlar var
12-09-2022, 09:00

Balakən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.


AZİNFORM.AZ xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan magistralının rayonun Katex kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.


Belə ki, hərəkətdə olan 2 avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.


Faktla bağlı araşdırma aparılır. /report/





up