Konsert zamanı faciə: "Rəqqasə çıxışı zamanı..." - VİDEO
11-09-2022, 11:05

Hindistanda konsert proqramı zamanı faciə yaşanıb. Belə ki, 20 yaşlı rəqqasə tamaşaçılar qarşısında çıxışı zamanı ürəktutmadan dünyasını dəyişib.

Press.az xəbər verir ki, bununla bağlı kadrlar sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, Yoqeş Qupta yerə yıxılanda tamaşaçılar bunu rəqsin elementi sayıblar, çünki o, hərəkətinə davam edib.

Ancaq aparıcı musiqini dayandırmağı xahiş edəndə hamı məsələnin ciddiyyətini anlayıb. 

Gənc qadın dərhal xəstəxanaya aparılıb, ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 





up