Hər dəfə yeməkdən sonra etdiyiniz 5 təhlükəli səhv
30-06-2022, 04:10

Sağlam qidalanma təkcə faydalı qidaları seçib yeməkdən ibarət deyil. Çox az insanlar yemək qəbulundan sonra nə etdiyinə heç fikir də vermir.

Bilmirlər ki, yeməkdən sonra mədədə gedən proseslər vacib məqamdır və onun yaxşı getməsi üçün işinə qarışmamaq lazımdır. Biz isə uşaqlıqdan yaranmış düzgün hesab etdiyimiz, əslində isə zərərli vərdişlərimizlə hər yeməkdən sonra orqanizmimizi təhlükə altına qoyuruq.

AZİNFORM.AZ medicina.az-a istinadən yeməkdən sonra uzaq durmalı olduğunuz vərdişləri təqdim edir:

1. Yeməkdən sonra meyvə yemək

Az qala ənənə halını alan bu meyvə yemək mərasimi dünyanın ən səhv qaydalarından biridir. Kim yeməkdən sonra meyvənin faydalı olduğunu bildirib məlum deyil, amma kökündən yanlışdır.

Yeməkdən sonra yeyilən meyvələr gəyirmə, köp, ağırlıq və həzm pozğunluğu kimi problemlər yaradır.

Yaxşı olar ki, meyvələr səhər yeyilsin. Onlar qida sisteminə tonus verib, günorta yeməyi üçün daha çox şirə sekresiya olunmasına səbəb olacaq.
Gecə yatmazdan əvvəl də meyvə yemək tövsiyə edilmir.

2. Çay içmək

Yeməkdən sonra dərhal çay süfrəsi açmaq da süfrə etiketindədir. Çay qidadan dəmir və zülalların mənimsənilməsinə mane olur. Qanazlığı olanlar üçün bu vərdiş xüsusilə təhlükəlidir.

Çay yeməkdən ən azı 1 saat sonra içilməlidir. Yaxşı olar gün ərzində qida qəbulu arasındakı müddətdə içilsin.

3. Şirin desert yemək

Desert bayram süfrələrinin vazkeçilməzidir. Həkimlər yeməkdən sonra desetrə şirin qidalar qəbulunun zərərli olduğunu bildirir. Bu, artıq çəki, piylənməyə səbəb olur, hormonal disbalans yaradır. Xüsusən uşaqlara bu vərdişi aşılamayın.

4. Yeməkdən sonra çimmək

Ağır yeməklərdən sonra vanna və duş qəbul edəndə qan dövranı aşağı ətraflarda güclənir, mədə və mədəaltı vəzidə bir az zəifləyir. Qidanın tez və düzgün həzmi üçün qan dövranı vacibdir. Çimməklə biz bu qanunauyğunluğu pozuruq. Ona görə tox qarına çimmək olmaz məsəlinə riayət edin. Yoxsa mədə və qarın ağrısı hiss edəcəksiz.

5.  Yeməkdən sonra piyada gəzmək

Guya gəzməklə həzmə yaxşı kömək edirik fikri formalaşıb. Alimlər sübut edib ki, yeməkdən dərhal sonra aktiv hərəkətlər mədə üçün düzgün deyil, orda olan şirə üzü yuxarı sıçraya bilir. Yeməkdən sonra yaxşı olar ki, yarım saat sakit oturub, fikrinizi başqa bir şeyə cəmləyəsiz.

Yeməkdən sonra gəzmək insanı arıqlatmır. Əksinə yediyinizin faydasını da məhv edir və bu adamlar turşu reflüksü ilə üzləşir.





up