"Əcəl ilə mənim aramda bir neçə santimetr var idi” - Bakının mərkəzində hadisə
1-09-2022, 19:13

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Bakının mərkəzində ölümdən dönüb.

 AZİNFORM.AZ qafqazinfo-ya istinadla xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində bildirib.

“Bu gün günorta kiminsə səhlənkarlığının qurbanı olacaqdım. “Sahil” metrosunun üstündəki binanın sonuncu mərtəbəsinin eyvanından qopan daşlar başıma düşəcəkdi, öləcəkdim, 2 balam da yetim qalacaqdı”, - o yazıb.

Mətbuat katibi çox qorxduğunu bildirib:

“Hələ də əllərim əsir. Əcəl ilə mənim aramda bir neçə santimetr var idi...”

O əlavə edib ki, bu binanın fasadına, eyvanına ciddi baxış keçirilməlidir:

“İnsanların əsəbləri ilə oynamaq olmaz!”






up